Bu gün səhər saatlarında Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur muxtar vilayətində zəlzələ baş verib. «Sina» informasiya agentliyinin məlumatına görə, yeraltı təkanların gücü Rixter şkalası üzrə 4,6 bal olub. Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Yeraltı təkanların episentri Urumçi rayon mərkəzindən 800 km aralıda olub.
Seysmoloqların verdikləri məlumata görə, bundan əvəll də rayonda 3,6 və 3,2 bal gücündə iki zəlzələ qeydə alınıb.
Qeyd edək ki, Sintszyanda sonuncu dəfə zəlzələ bu il aprel ayının sonunda baş verib. Beş bal gücündə olan zəlzələ zamanı 6 min nəfər zərər çəkib, 250 ev dağılıb./ANS PRESS/