Çində yenə mədən partladı
16 Oktyabr 2010 Şənbə 10:45
Çində yenə mədən partladı. Hadisə nəticəsində 20 nəfər həlak olub.
Bu gün Çində baş verən növbəti mədən partlayışı nəticəsində 20 nəfər dünyasını dəyişib. Partlayış zamanı daha 30 nəfər isə dağıntılar altında qalıb.

ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saat 6 radələrində Çinin Xenan vilayətində baş verib.

Yerli hakimiyyətin məlumatına görə, hadisənin baş vermə səbəbi qaz sızması olub. Hazırda xilasetmə əməliyyatı aparılır. Hadisənin təfərrüatı barədə məlumat verilmir.

Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli hesab olunur. Təkcə 2009-cu ildə Çin mədənlərində baş verən partlayışlar nəticəsində 2600 nəfər həlak olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar