Çinin Şensi vilayətində yüzlərlə yerli sakin fəaliyyəti nəticəsində 600-dən çox uşağın zəhərləndiyi filizəritmə zavodunun ərazisinə soxulublar. ANS PRESS-in “Tetr.am”a istinadən verdiyi xəbərə görə, ərazidə sabitliyi bərpa etmək məqsədilə təqribən yüzlərlə polis hadisə yerinə cəlb edilib.
Yerli hakimiyyət orqanları uşaqların kombinatın fəaliyyəti nəticəsində zəhərləndiyini etiraf edib. Qeyd edək ki, 150 uşaq artıq xəstəxanaya yerləşdirilib.
Çinin Təbiətin Mühafizəsi İdarəsi nümayəndələrinin bunun əsas səbəbkarının filizəritmə kombinatının olmasını etiraf etməsinə baxmayaraq, torpaq, su və istehsal tullantılarının yoxlanılmasından sonra zavodun dövlətin ekoloji standartlarını pozmadığı üzə çıxıb. /ANS PRESS/