Çində təbii fəlakət qurbanlarının sayı artır
18 İyun 2011 Şənbə 10:43
Davam edən daşqın və torpaq sürüşmələrindən 2 milyonadək adam zərər çəkib.
Çinin cənub və mərkəzi rayonlarında davam edən şiddətli yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. Son bir neçə gündə 25 nəfər ölüb, daha 25 nəfər itkin düşüb, 670 mindən çox adam isə evlərini tərk etmək məcburiyyətində qalıb. Son 2 həftə ərzində isə təbii fəlakət nəticəsində 170-dən çox adam ölüb. Əsasən Siçuan, Hubey, Dzianqksi, Quidcou, Quanqksi və Quanqdonq əyalətlərinə ziyan dəyib. Ümumilikdə təbii fəlakətdən 2 milyondan çox adam ziyan çəkib. Xilas işlərinə 41 mindən çox adam, 3 minədək avtomobil və qayıq cəlb olunub. Daşqınla mübarizədə 100 minədək qum kisəsindən də istifadə edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar