Çində tayfun nəticəsində üç nəfər ölüb
17 Sentyabr 2009 Cümə Axşamı 06:45
Fırtınalı dəniz Panama bayratı ilə üzən gəmini saya atıb, 50 ton yanacaq ətrafa dağılıb
Çinin cəubundakı Quandun əyalətində “Koppu” tayfunu nəticəsində üç nəfər ölüb, dörd nəfər isə itkin düşüb. Ölənlərin hasıçı Lodin şəhəri yaxınlığındakı Çuanbu qəsəbəsinin sakinləridir.
Bu il 15-ci dəfə baş verən tayfun Cənubi Çinə leysan yağışları gətirib. Yançun, Sinyi və Lodin şəhərdərində bir neçə ev uçub. Haolan limanında fırtınalı dəniz Panama bayratı ilə üzən gəmini saya atıb, 50 ton yanacaq ətrafa dağılıb.
DOSTLARINLA PAYLAŞ: