Çinin cənubunda intensiv yağışların ardından yaranmış daşqınların fəsadları daha ağır olub. 10-dan artıq əyalətdə baş verən daşqınlar nəticəsində 75 nəfər ölüb. "Şinxua" agentliyinin məlumatına görə, ümumilikdə 40 milyona yaxın insan sel sularından zərər görüb.
Çinin müvafiq qurumları fəlakət ərazilərinə təcili yardım fondu yaradaraq, 5 min 200 ədəd çadır göndərib. /ANS PRESS/