Çində Rabiə Qədirə aid binalar söküləcək
09 Sentyabr 2009 Çərşənbə 02:45
Amerikada faliyyət göstərən Uyqur dərnəyindən isə bildiriblər ki, bu Rabiə Qədirə qarşı istiqamətlənmiş hadisə kimi qiymətləndirib
Uyqur türklərinin lideri Rabiə Qədir aid Urumçidəki 3 binanın sökülməsinə qərar verilib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, Çin hökumət rəsmiləri binada çatlaqlar olduğunu və yaşamaq üçün əlverişsiz olduğunu bildirib. Amerikada faliyyət göstərən Uyqur dərnəyindən isə bildiriblər ki, bu Rabiə Qədirə qarşı istiqamətlənmiş hadisə kimi qiymətləndirib. Belə ki, bu binalarda xanım Qədirin qohumlarından 30 nəfər yaşayır. Onların yeganə iaşə mənbəyi isə həmin binalardan birində olan restorandır. Qeyd edək ki, Rabiə Qədir sürgün edilməmişdən əvvəl millət vəkili və Çinin ən varlı işqadınlarından biriydi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: