Çində qum qasırğası
25 Aprel 2010 Bazar 18:45
Ölkənin qərb əyalətləri növbəti dəfə qum qasırğasına məruz qalıb.
Çinin qərb əyalətləri növbəti dəfə qum qasırğasına məruz qalıb. Qum qasırğası nəticəsində ən güclü ziyanın Sinxay əyalətinə dəydiyi bildirilir. Dövlət rəsmiləri bu günlərdə əhalini mümkün qədər az avtomobillərdən istifadə etməyə çağırıb. Bu səbəbdən də bir çoxları minik vasitəsi kimi velosipedlərdən istifadə edir.
Meteoroloqların sözlərinə görə, bu gün Çində hökm sürən qum qasırğası son 17 ildə qeydə alınan ən kəskin qasırğa növü hesab edilir.
Qeyd edək ki, Çinin şimal əraziləri demək olar ki, hər ilin yaz aylarında qum qasırğasına məruz qalır. Bunun əsas səbəbi kimi ölkənin sənaye fəaliyyəti göstərilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: