Çində qasırğa daşqına səbəb olub
24 İyun 2011 Cümə 14:12
Çində qasırğa daşqına səbəb olub. Ölkənin cənubunda tropik qasırğa xəbərdarlığı edilib.
Çinin cənubunu daşqın cənginə alıb. Regiona "Xayma" və "Meari" kimi güclü tropik qasırğaların yaxınlaşdığı barədə xəbərdarlıq edilib. Quandun əyalətində qasırğaların yaxınlaşması ilə əlaqədar təbii fəlakətə çevik reaksiya rejiminin yüksək həddə qaldırıldığı elan edilib.

Meteoroloji xidmətin məlumatına görə, siklonların episentrində küləyin gücü 8 bal təşkil edir və Çinə yaxınlaşdıqca qasırğa daha da güclənəcək. Yaxınlaşmaqda olan "Xayma" tropik qasırğasının təsiri altında Quandun əyalətinin əksər rayonlarında leysan yağışlar yağıb. "Meari" qasırğasının vəziyyəti daha da mürəkkəbləşdirəcəyi ehtimal edilir.

Haynan və Fuçzen əyalətlərində də güclü yağışlar proqnozlaşdırılıb. Haynan və Quandun əyalətləri arasında bərələrin hərəkəti dayandırılıb. Hava şəraiti ilə əlaqədar Haynan əyalətinin inzibati mərkəzi Haykou şəhərində beynəlxalq hava limanında reyslər də təxirə salınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar