Çində ölənlərin sayı 760 nəfərə çatıb
16 Aprel 2010 Cümə 02:00
Zəlzələ nəticəsində 243 nəfər itkin düşüb, çoxlu sayda adam dağıntılar altındadır.
Çinin Tsinxay əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 760 nəfərə çatıb. “Sinhua” agentliyinin məlumatına görə, təbii fəalkət nəticəsində 243 nəfər itkin düşüb, çoxlu sayda adam dağıntılar altındadır.

Xəsarət alanların 11 min 477 nəfər olduğu bildirilir. Onlardan 1174-nün xəsarətləri ağırdır. Yuyşu qəzasında axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatlara bütün ölkə ərazisindən xilasedicilər, həkim və hərbçilər cəlb ediliblər.

Yuyşu qəzası Tibetlə və Sıçuan əyaləti ilə sərhəddə, 4 min metr hündürlükdə yerləşir. Yüksək dağlıq ərazidə axtarışla məşğul olan itlərin də işini ətinləşdirir. Xilasedicilərin sözlərinə görə, itlər axtarışları effektli apara bilmilər.

Bölgədə 15 mindən artıq ev dağılıb, 100 mindən çox adam evsiz qalıb, nəqliyyat əlaqəsi kəsilib. Ötən gün mərkəzi hökumət axtarış-xilasetmə işlərinin aparılması və faciənin nəticələrinin aradan qaldırılması üçün 29 milyon dolar ayırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar