Çində mədən qəzası: mədənçilərin yarısı yerin altında qaldı
08 İyul 2012 Bazar 13:26
Hələ xilas olunmayanların yaralı olduğu bildirilir.
Çinin mərkəzi hissəsindəki Leiyanq şəhərində kömür mədənində baş vermiş qəza nəticəsində yerin altında qalan mədənçilərdən 4-ü xilas edilib. Onlar 3 gün mədəndə qaldıqdan sonra xilas olunublar.
Qəza baş verən vaxt mədəndə 40 nəfər olub. Onlardan 14-ü dərhal xilas olub, qalan 26-sından isə 11-nin sağ olduğu təsdiqlənib. Sağ qalanların əksəriyyətinin yaralı olduğu bildirilir. Hazırda onların da yerin səthinə çıxarılması istiqamətində işlər görülür.
DOSTLARINLA PAYLAŞ: