Çində mədən partlayışı olub
21 Noyabr 2009 Şənbə 06:50
Qaz partlayışından sonra dağıntılar altında qalanların dəqiq sayı məlum deyil
Çinin şimal-qərbində yerləşən kömür mədənində qaz partlayışı baş verib, onlarla işçi dağıntılar altında qalıb. Dağıntılar altında qalanların dəqiq sayı barədə məlumat yoxdur. Mədən “Heilongjiang Longmei Mining Holding Group” şirkətinə məxsusdur.
Qeyd edək ki, Çinin kömürçıxarma mədəni dünyada ən təhlükəli sayılır. Hər il bu müəssisələrdə baş verən qəzalar nəticəsində 7000-dək adam ölür. Çin tarixində kömür mədənlərində ən böyük partlayış 2005-ci ilin fevralında baş verib. Lyaonin əyalətindəki “Suntszyavan” mədənindəki hadisə zamanı 200-dən çox işçi həlak olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar