Çində kimya zavodunda partlayış baş verib. Çinin "Sinxua" informasiya agentliyinin məlumatına görə, hadisə bu gecə Loyan şəhərində qeydə alınıb. Hadisə nəticəsində ən azı 1 nəfər ölüb, 108 nəfər isə yaralanıb. Onlardan 7-nin vəziyyəti ağırdır. Partlayışın təffərrüatları barədə məlumat verilmir. /ANS PRESS/