Çinde internet döyüş meydanı elan edilib
19 Sentyabr 2013 Cümə Axşamı 03:28
Çinin Xalq-Azadlıq Ordusu qlobal şebekede ictimai reye daha yaxşı tesir göstermeye çalışacaq.
İnternet ideoloji mübarizədə “yeni döyüş meydanı”dır. Bu barədə Pekində ordu təbliğatçılarının iclasında Çin Mərkəzi Hərbi Şurasının sədri Syuy Silyan deyib. O, Çinin Xalq-Azadlıq Ordusunu qlobal şəbəkədə ictimai rəyə daha yaxşı təsir göstərməyə çağırıb.
“İdeoloji mübarizədə “yeni döyüş meydanı”nı – interneti ələ keçirmək üçün təşəbbüs göstərmək lazımdır”, - Syuy Silyan Çin hərbçilərini səsləyib.
O, hərbi qulluqçuların və əhalinin ideoloji tərbiyəsində daha çox səy göstərməyi və düşmən qüvvələrin soxulması və təxribatının qarşısını almaq üçün möhkəm müdafiə xəttinin yaradılması məqsədilə onlayn rejimdə ictimai fikri lazımi istiqamətə yönəltməyi əmr edib. Bu məsələdə aşağı səviyyəli mütəxəssislər qrupunun yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Çin Mərkəzi Hərbi Şurasının sədri həmçinin əsgər və zabitləri ideoloji meydanda vəziyyətin mürəkkəbliyini nəzərə alaraq öz əqidələrinə sadiq qalmalarını tələb edib, - “İTAR-TASS” yazır.
DOSTLARINLA PAYLAŞ: