Çində havasızlıqldan milyonlarla insan ölə bilər
20 Fevral 2014 Cümə Axşamı 05:24
Həkim Bai ağciyər xərçənginin yaranmasında hava çirkliliyinin ikinci ən böyük səbəb olduğunu bildirib.
Çində havanın təhlükəli dərəcədə çirklənməsi artıq ekspertləri narahat etməyə başlayıb.
ANS PRESS-in məlumatına görə, Çində hava çirklənməsi ilə bağlı ölkənin tənəffüs yolları xəstəlikləri eksperti xəbərdarlıq edib.
Şanxay şəhəri "Zonqşan" xəstəxanasında tənəffüs yolları üzrə baş həkim işləyən Bai Çunşue havanın çirklənməsinin qarşısını almaq üçün hökumətin hər hansısa bir effektiv addım atmayacağı halda, milyonlarla insanın ölə biləcəyini vurğulayıb.
O, həmçinin son 30 ildə ölkədəki ağciyər xərçənginə tutulanların sayının beş dəfə artdığını və bunun başlıca səbəbinin hava çirklənməsi olduğunu qeyd edib.
Həkim Bai ağciyər xərçənginin yaranmasında birinci səbəb tütün olduğunu, ancaq hava çirkliliyinin də ikinci ən böyük səbəb olduğunu bildirib.
Qeyd edək ki, Çində fabrik və enerji stansiyalarının tullantıları hava çirkliliyinə gətirib çıxarır.
DOSTLARINLA PAYLAŞ: