Çinde fövqalade veziyyet elan olunub
07 Avqust 2013 Çərşənbə 17:32
Ölkede temperaturun 42 dereceye yükselmesi hökumeti ayağa qaldırdı.
Çində son 140 ilin ən isti yay günləri yaşanır. ANS PRESS-in Ria.Novostiyə istinadən verdiyi məlumata görə, ölkənin cənubunu vuran güclü istilər quraqlığa və kəndlərdə içməli suyun kəsilməsinə səbəb olub. Kəndlərə içməli su traktorlar vasitəsilə daşımağa başlayıb.
Ölkənin asfalt yollarında 70 dərəcəyə çatması, asvaltın əriməsinə səbəb olub. Yerli hökumət isə, bunun qarşısını yolları yumaqla almağa çalışır.
Yerli mətbuat, ölkənin cənubunda istiliyin 42 dərəcəyə çatdığını və buna görə də əhalini günorta saatlarında çölə çıxmamağa çağırır.
Qeyd edək ki, ötən həftə Şanxay şəhərində 40,6 dərəcəyə yüksələn istilər nəticəsində 11 nəfərin ölməsi şəhər rəhbərliyini ayağa qaldırıb. Artıq şəhərdə fövqaladə vəziyyət elan olunub.
DOSTLARINLA PAYLAŞ: