Çinin mərkəzində yerləşən Henan şəhərində və onun ətrafındakı yaşayış məntəqələrində fırtına 22 nəfərin ölümünə və 117 nəfərin yaralanmasına səbəb olub.
«Sinhua» agentliyinin məlumatına görə, leysanla müşayiət olan fırtınanın sürəti saatda 108 kilometrə çatıb. İnsanlar əsasən havada uçan ağacların və uçan evlərin qalıqlarının altında qalaraq, ölüblər.
Məlumata görə, fırtına 9 min 800 evi uçurub, 3 milyon adamın elektrik və su təchizatı kəsilib. /ANS PRESS/