Çində fəhlələrin ayaqyoluna getməsinə məhdudiyyət qoyulub
24 Avqust 2010 Çərşənbə Axşamı 04:40
Yeni qaydalara görə hər bir fəhlənin aylıq 400 dəqiqə tualetdən istifadə hüququ var.
Fəhlələrin çox işlədilərək az əmək haqqı aldığı Çində daha bir radikal addım atılaraq işçilərin tualetdə keçirdiyi müddətə məhdudiyyət qoyulub. Jianqsu vilayətindəki “Nançino” adlı fabrik fəhlələrə nəzarət edən, onların səhvlərini idarəyə bildirən yeni sistem hazırlayıb. Fəhlələrdən biri səhv etdiyi vaxt siqnal verən cihaz sayəsində onları nəzarətdə saxlayan fabrik rəsmiləri növbəti təəccüblü bir addım atıb.
Qeyd edək ki, yeni qaydalara görə hər bir fəhlənin aylıq 400 dəqiqə tualetdən istifadə hüququ var. Bu həddi keçən fəhlələr hazırlanan cədvəl sayəsində ayın axırında müəyyənləşir və cərimə olunur.
Məlumata görə, keçən ay bu müddəti 50 dəqiqədən az keçən 13 fəhləyə şifahi xəbərdarlıq olnub və təkrar ediləcəyi təqdirdə hər dəqiqə üçün 1 yuan cərimə olunacaqları bildirilib. Ayaqyolunda 450 ilə 499 dəqiqə arasında qalan 5 nəfər isə 50 yuan cərimə olunub. 512 dəqiqə qalan bir fəhləyə isə şiddətli töhmət verilib və 100 yuan cərimə olunub.
Bundan başqa iş yerində yeməkdən əvvəl əllərini yumayanlar, yataqxanadan çıxanda otağın havasını dəyişdirməyənlər və işığı söndürməyənlər, habelə iş telefonundan xüsusi məqsədlər üçün istifadə edənlər də cərimə olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: