Çində əkizlərin festivalı keçirilib
14 May 2011 Şənbə 12:45
Mo-Tzyan şəhəri müxtəlif millətlərdən olan əkizlərin paytaxtına çevrilib.
Çinin Mo-Tzyan şəhərində müxtəlif millətlərdən olan əkizlərin festivalı keçirilib. Ardıcıl 7 ildir keçirilən bu fevstivalda dünyanın müxtəlif yerlərindən fərqli yaşda əkizlər iştirak ediblər. Onların arasında Çin, Laos, Koreya, Hindistan, Vyetnam, Türkiyə, Rusiya və Birma nümayəndələri olub. Daha fəal əkizlər festival çərçivəsində təşkil olunan müsabiqələrdə öz ifalarını təqdim ediblər. anspress
DOSTLARINLA PAYLAŞ: