Çində daşqın qurbanlarının sayı 24-ə çatıb
08 İyun 2011 Çərşənbə 12:18
Təbii fəlakət Çinə 206 milyon dollar ziyan vurub.
Çində leysan yağışların səbəb olduğu daşqınlar davam edir. Ölkənin cənub və şərq hissəsində 300 minədək insan təbii fəlakət zonasında qalıb. Təbii fəlakət artıq 24 nəfərin ölümünə səbəb olub, 30-dan çox adam itkin hesab edilir. Daşqından ən çox Qvanmo əyaləti zərər çəkib. Su basmış şəhər və qəsəbələrdən 60 mindən çox sakin evakuasiya olunub.

Sel suları tikililəri yuyub aparır. Təxminən 3000 yaşayış evi dağılıb, yaxud tamamilə su basıb. 5500 hektar əkin sahəsi də su altında qalıb. Elektrik enerjisi naqilləri qırılıb, dövlət əhəmiyyətli magistral yollardan biri bağlanıb. Zərərçəkənlərə yardım üçün Çin ordusunun əsgərləri səfərbər olunub. Hökumət evsiz-eşiksiz qalanlara çadır və ərzaq paylayır.

Mütəxəssislərin hesablamalarına görə, təbii fəlakətin vurduğu ziyan artıq 206 milyon dolları keçib. Sinoptiklərin proqnozları da ürəkaçan deyil - yaxın günlərdə təbii fəlakət zonasında yenidən leysan yağışların yağacağı proqnozlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar