Çin Xalq Respublikasında yağan şiddətli yağışlar nəticəsində yaranan daşqınlar Çinin cənub-qərbində çayda üzən ən azı yeddi turistin həyatına son qoyub, daha 22 nəfər isə itkin düşüb. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat verib.
Onların məlumatlarına görə, beş turistin həyatını xilas etmək mümkün olub. Belə ki, su axını onları Çuntsin şəhəri yaxınlığındakı vadiyə gətirib. Zərərçəkənlər Çuntsində idman klublardan birinin üzvləri olub.
Xatırladaq ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölən və xəsarət alanların sayı dəqiqləşdirilir. /ANS PRESS/