Çində 86 nəfəri sel aparıb
20 İyun 2010 Bazar 11:40
Çində 86 nəfəri sel aparıb. Daşqınlar nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb.
Çində daşqınlar nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb, 86 nəfərin isə itkin düşdüyü bildirilir. Daşqınlar əsasən ölkənin cənubunda yaranıb. Buradan 1,4 milyon insan nisbətən təhlükəsiz ərazilərə köçürülüb.

Təbii fəlakət nəticəsində 10 milyondan çox insana ziyan dəyib. Qeyri-rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində Çinə 1,46 milyard dollar dəyərində maddi ziyan dəyib.

Meteoroloqların proqnozları isə heç də ürək açan deyil. Onlar güclü qasırğanın regionda daha bir neçə gün ərzində cərayan edəcəyi barədə əhalini xəbərdar ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar