Çində 8 min gəmi yüklü qalıb
19 Avqust 2009 Çərşənbə 11:25
Morakot fırtınası səbəbindən gəmilərin hərəkət etməli olduğu kanal bağlıdır

Çinin şərqində Ciciang əyalətini Şanghaya bağlayan çayda 8 mindən çox yük gəmisi qapalı qalıb. «Şinhua» agenliyinin xəbərinə görə, Çangşing, Hucou və Şanghay çay xəttində 40 kilometrlik bir sahə tıxanıb. Hucou limanlar və daşıma idarəsi səlahiyyətlilərindən Cou Şiçüen Morakot fırtınası səbəbindən 13 gün kanalın bağlı olduğunu bildirib.

O, fırtına səbəbindən bölgədə meydana gələcək sellərin qarşısını almaq üçün üçün kanalların bağlandığını qeyd edib. S. Şiçüen gəmilərin gediş-gəlişinin suyun səviyyəsinin 30 santimetrə qədər düşməsindən sonra mümkün olacağını bildirib.

145 kilometr uzunluğunda olan Ciciang, Ciangsu və Şanghay çay xətti ilə bölgədə elektrik istehsalında istifadə edilən kömürün 80 faizi daşınır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar