Çində 300 minə yaxın sakin evakuasiya edilib
14 İyul 2013 Bazar 13:50
Sel sularının 10 metr hündürlüyə çatması ilə kəndlərdə maşın yolları təmamilə dağılıb.
Bir gün əvvəl Tayvanda azı bir nəfərin ölümünə səbəb olan dağıdıcı tayfun Çinin cənub-şərq bölgəsinə daxil olaraq 100 minlərlə sakinin evakuasiyasına səbəb olub. 23 milyonluq adanın ardınca sulik tayfunu Çinin sahilyanı Fucian vilayətinə istiqamət götürdüyü xəbər verilir.
Çin milli hidrometreoloji mərkəzinin verdiyi məlumata görə, küləyin sürəti 119 kilometr saata qədər yüksəlib. Yerli qurumlar 300 minə yaxın sakini təhlükə zonasında olan evlərindən evakuasiya edib. Fuçiandan 1300 kilometr şərqdə yerləşən Sixuan vilayətində isə həftələrlə davam edən qasırğalara və 86 nəfərin həyatına son qoyan daşqınlar fonunda, baş verən torpaq sürüşməsindən sonra azı 100 xarici turist, çıxılmaz vəziyyətdə qalıb. Dövlət telekanalı su basan ərazilərdə insanların necə çıxılmaz vəziyyətdə qalmasını əks etdirən görüntülər yayımlayıb. Kadrlarda su basan ərazidə kəndlilərin bir damdan digərinə kəndirlə hərəkət etdiyini görmək olur. Sel sularının 10 metr hündürlüyə çatması ilə kəndlərdə maşın yolları təmamilə dağılıb. Onu da deyək ki, Sixuanda baş verən daşqın son 50 ilin ən fəsadlı sel fəlakətidir.
DOSTLARINLA PAYLAŞ: