Çində 300 fəhlə kütləvi intihara təşəbbüs edib
12 Yanvar 2012 Cümə Axşamı 06:28
Maaşlarının artırılmasını istəyən “Foxconn” fabrikinin fəhlələri bu tələblərinə müsbət cavab ala bilməyiblər.
Çində ağır iş şəraitinə etiraz edən 300 fəhlə damdan tullanaraq intihara cəhd edib. Hadisə Şərqi Çindəki Uhan əyalətində baş verib. Məlumata görə, maaşlarının artırılmasını istəyən “Foxconn” fabrikinin fəhlələri bu tələblərinə müsbət cavab ala bilməyiblər. Belə ki, işçilərdən işlərinə davam etmələri və ya təzminatlarını alaraq işdən çıxmaları tələb olunub. Fəhlələrin əksəriyyətinin ikinci yolu seçməsi isə rəhbərliyi çıxılmaz vəziyyətə salıb və onlar təzminat ödəmək fikrindən daşınıblar. Bu addım isə 300 fəhlənin dama çıxaraq intihara təşəbbüs etməsi ilə nəticələnib.

Xəbərdə fəhlələrin intihar fikrindən daşındırılması barədə məlumat verilsə də onların rəhbərliklə nə kimi razılığa gəldiyi bildirilməyib.

Xatırladaq ki, mərkəzi Tayvanda olan “Foxconn”un 16 fəhləsi 2010-cu ildə özlərini fabrikin damından ataraq ağır iş şəraitinə etirazlarını ölümləri ilə bildirmişdilər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar