Cindarın 1 milyon 600 min dollarlıq fırıldağı
22 May 2013 Çərşənbə 07:20
Hadisə Türkiyədə baş verib.
Türkiyədə özünü “cindar hoca” kimi tanıtdıran və insanları aldadaraq pullarını mənimsəyən N.A. adlı bir nəfərin fırıldaqçı əməllərini üstü açılıb. Ən dəhşətlisi odur ki, bu bu şəxsin fırıldaqlarına inanıb çoxlu sərvətə sahib olacağını düşünənlər içərisində CHP-nin sabiq üzvü, Hataydan millət vəkili, eləcə də “İskəndərspor”un başqanı Nuri Üysen də olub. “Cindar hoca” bir çox insanları aldadaraq 5 milyon lirəyə qədər pulu mənimsəyib.

Teleqraf.com-un xəbərinə görə, Nuri Üysen bağçasında basdırılan sərvəti tapmaq üçün cindara 325 min dollar pul verib.

İskəndərunda özünü şeyx, hoca kimi tanıtdırıb hamını aldadan bu adamın əməlləri haqda idman klubu rəhbərinin köməkçisi Sait Dəniz ifadə verib. O bildirib ki, A.Y. (bələdiyyə başqanlarından birinin oğlu), N.A və N.U adlı şəxslərlə Nuri bəyin bağ evinə gediblər. “Cinçi” onlara bir ərik ağacı göstərib və onun altında sərvət basdırıldığını deyib: “ Onlar ağacın altını qazmağa başladılar. Bizi isə ordan uzaqlaşdırdı. 40 dəqiqədən sonra geri çağırdı. Əlimə “Quran” verib yerə sərilən ağ parçanın üstü ilə dua oxuyaraq irəliləməyimi və quyuya çatınca diz cökməyimi tapşırdı. Dediklərini elədim və quyuda ağzı bağlı üç küp gördüm. Quyunun ətrafı şamlarla işıqlandırılmışdı”.

Cindar bildirib ki, guya quyuda 72 küp və bir sandıq qızıl var. Onlardan 50 faizi Nuri bəyin, 20-si onun, qalanı isə ifadə verən Sait Dənizin olmalıymış: “O, dedi ki, sərvəti iki gün sonra çıxaracağıq. Bunun üçün buxur lazımdır. Onu əldə etmək üçün 600 min dollar pul verməlisiz. Nuri bəy bu məbləği vermədi. İki gün sonra qiymətin 325 min dollara düşdüyünü xəbər elədi. Nuri bəyə dedi ki, 325 min dolları sən ver, 100-nü mən qoyaram. Nuri bəy də bu məbləği verdi”.

Ertəsi gün “cinçi” buxuru tapdığını deyib onlarla birgə ağacın altındakı küpləri çaxartdıraraq zirzəmiyə yığdıırb. Açarları da Niri bəyə verərək bildirib ki, küplərə heç kim əl vurmasın. Yoxsa “tilsim” sınar. Onların ağzını açmaq üçün Fasdan tilsimli su gətirilməlidi. Bu su isə 1 milyon dollaradır. Saxta “Hoca”dan şübhələnməyə başlayan Nuri bəy bu məbləği verməyib. Cindarı yola salandan sonra o, başqa bir tanış hocanı gətirərək küplərə baxmasını xahiş edib. Zirzəmidəki küplərin ağzını açıb baxan hoca bir neçə dəqiqədən sonra çixaraq “sizi aldadıblar, küplərin içində pambıq və parçalardan başqa heç nə yoxdur deyib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar