Çin xarici ölkələrin yardımından imtina etdi
15 Aprel 2010 Cümə Axşamı 17:10
Ölənlərin sayı 617 nəfərə çatıb, 300-dən çox insan itkin düşüb.
Çinin şimal-şərq dağlıq hissəsində baş verən zəlzələdə ölənlərin sayı 617 nəfərə çatıb. Yerli mətbuatın yaydığı məlumata görə, fəlakət zonasında 300-dən çox insan itkin düşüb, yaralıların sayı isə 9110 nəfərə çatır. Onlardan 970 nəfərin vəziyyəti ağır və orta ağır qiymətləndirilir.

Xilasetmə tədbirlərinə 50 minə yaxın canlı qüvvə səfərbər olunub. Dünya ökələrinin yardım təklifindən imtina edən Çin hökuməti daxili imkanları hesabına fəlakətin nəticələrinin aradan qaldırılacağını bildirib. Çin hökuməti xarici ölkələrin yardımından imtina etməsinin əsas səbəbi kimi fəlakət zonasının dağlıq ərazi olması və zəlzələ nəticəsində yolların sıradan çıxması və nəqliyyatın hrəkətinin çətinləşməsini göstərib.

Xatırladaq ki, 7,1 bal gücündə zəlzələ aprelin 14-də yerli vaxtla saat 07.49-da (Bakı vaxtı ilə saat 04.09) baş verib. Yeraltı təkanların episentri Holmud şəhərindən 380 kilometr aralıda qeydə alınıb. Təbii fəalikətdən daha çox Tszequ şəhəri ziyan çəkib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar