Çin su altında qalıb
04 İyul 2010 Bazar 18:05
Çində sel 44 milyon insanın həyatını alt-üst edib.
Çinin cənubunda yerləşən 11 əyalətdə son günlərdə yağan yağışların səbəb olduğu sel son 5 ilin ən ağır can və mal itkisinə yol açıb. “Sinhua” xəbər aqentliyinin rəsmi dairələrdən aldığı məlumata görə, 44 milyon insanın həyatını alt-üst edən sel nəticəsində 266 nəfər ölüb, 199 nəfər isə itkin düşüb. Təbii fəlakət nəticəsində 312 min ev yerlə-yeksan olub. 3 milyon 800 min insan isə nisbətən təhlükəsiz ərazilərə evakuasiya olunub.
Rəsmi məlumatlara görə, daşqınlar nəticəsində ölkəyə 9,40 milyard dollar dəyərində maddi ziyan dəyib. Xilasetmə və axtarış tədbirlərinə 700-dən çox mülki müdafiə dəstəsinin hərbçisi və 26 ekskavator cəlb olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: