Çin səddi bu dəfə şokoladdan tikilib
20 Yanvar 2010 Çərşənbə 19:35
Qara şokoladdan hazırlanan kərpiclər ağ şokoladla yapışdırılıb
Dünyanın yeddi möcüzəsindən biri olan Çin səddi yenidən tikilib. Amma bu dəfə şokoladdan. Şokolad fiqurlarından eləcə “Terracotta” döyüşçüləri də hazırlanıb.

“China Daily” qəzetinin verdiyi xəbərə görə, Çin şirniyyat ustaları "Dünya Şokolad Möcüzələr Diyarı" sərgisində iştirak edəcək. Qeyd edək ki, "Şokolad səddi" 10 metr uzunluğundadır.

Qara şokoladdan hazırlanan kərpiclər ağ şokolad ilə yapışdırılıb. "Yeni Çin səddi"nin əriməməsi üçün xüsusi maddələrdən istifadə edilib.

Bu ayın sonunda Pekində açılacaq "Dünya Şokolad Möcüzələr Diyarı" sərgisində Çin, "Şokolad səddi" və "Terracotta" döyüşçülərinin 560 fərqli nümunəsi göstərəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar