Çin Rabiya Qadirin Avstraliya səfərinə etiraz edir
29 İyul 2009 Çərşənbə 13:00
Bu barədə Avstraliya Xarici İşlər və Ticarət Nazirliyinin adının açıqlanmasını istəməyən sözçü məlumat verib

 

Çin Dünya Uyğur Konqresinin prezidenti Rabiya Qadirin Avstraliya səfərinə etiraz edib. "CNN Türk"ün məlumatına görə, Çin Avstraliya hökumətinə öz şikayətini artıq bildirib. Bu barədə Avstraliya Xarici İşlər və Ticarət Nazirliyinin adının açıqlanmasını istəməyən sözçü məlumat verib. Onun sözlərinə görə, Çin səfirliyi nümayəndəsinin nəyi tələb etdiyini və Avstraliya hökumətinin bunun əvəzində nə istədiyi barədə açıqlama verməyib.

Qeyd edək ki, hazırda Yaponiyada olan 62 yaşlı R.Qadir Melburnda avqust ayının 8-də keçiriləcək beynəlxalq film festivalında iştirak edəcək. Burada onun həyatından bəhs edən "Sevginin 10 şərti" adlı film nümayiş olunacaq.

Melburn film festivalının direktoru Ricard Moorda bundan bir qədər əvvəl verdiyi açıqlamasında Çin səfirliyinin bir əməkdaşının ona müraciət edərək uyğurların "anası" adlandıran qadın haqqında filminin gündəlikdən çıxarılmasını tələb etdiyini bildirmişdi. Təklifə rədd cavabı veriləndən sonra isə festivalın internet saytı dağıdılıb. R.Moor bu hücumun tələblə bağlı olduğunu deyib.

Xatırladaq ki, Çin sürgündə olan Rəbiya Qadiri bu ayın ortalarında Sincan Uyğur Özərk bölgəsində 200 nəfərin ölümü ilə nəticələnən hadisələri təşviq etməkdə ittiham edir. Qadir isə bu iddiaları rədd edir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar