Çin qaz vurub, qazan dolduracaq
11 Dekabr 2009 Cümə 22:15
Çin qaz vurub, qazan dolduracaq. Türkmənistan 30 il ərzində şərqə qaz nəql edəcək.
Türkmənistan - Çin qaz kəməri dekabrın 14-də istismara veriləcək. Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun sözlərinə görə, razılığa əsasən türkmən qazı 30 il ərzində şərq istiqamətində nəql olunacaq.

Layihənin hər iki dövlət üçün strateji əhəmiyyət kəsb etdiyini deyən ölkə başçısı qazın qiymətini açıqlamayıb. Gələcəkdə qaz nəqlinin illik həcmi 40 milyard kubmetrə çatacaq.

Qeyd edək ki, Türkmənistan - Özbəkistan - Qazaxıstan - Çin qaz kəmərinin buraxılması mərasimində Çin Xalq Respublikasının başçısı Xu Tzintao, Özbəkistan prezidenti İslam Kərimov və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edəcək. Sabah isə dövlət başçıları kəmərin Qazaxıstan ərazisində yerləşən hissəsinin açılışında iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar