Çinin Sintzyan uyğun muxtar vilayətində polis iki uyğuru öldürüb. Çinin dövlət radiosu polis qüvvələrinin iki uyğuru vuraraq öldürməsi və bununla bölgədə ölənlərin sayının 186-ya çatması barədə məlumat yayıb.
ANS PRESS-in "Haberler.com"a istinadən verdiyi məlumata görə, 186 nəfərin ölməsi rəsmi rəqəmdir. Qeyri-rəsmi məlumatlara görə isə, Uyğurustanda ölənlərin sayı 500-dən çoxdur. /ANS PRESS/