Çin ordusunda aparılan ixtisarlar hərbçilərin narazılığına səbəb olub
13 Yanvar 2010 Çərşənbə 06:25
Çin hərbi komandanlığının ordu heyətində ixtisarlar aparması bir çox hərbçinin narazılığına səbəb olub.
60-a yaxın ordudan təxris olunmuş hərbiçi paytaxt Pekində Mərkəzi Hərbi komissiyanın qarşısına toplaşıb və yenidən işlərinə qaytarılmalarını tələb edib. Onalara içəri daxil olmağa icazə verilməsə də hərbçilərin müraciəti hərbi komissiyanın rəhbərinə təqdim edilib. 2001-ci ildə Çində qəbul olunmuş qanuna əsasən hərbidən ixtisar olunan şəxslərə maddi yardım, ev və digər zəruri əşyalar ayrılacaq. Lakin 1990-cı illərdə ordudan təxris olunmuş hərbçilər bu siyahıya aid edilməyəcək. Bu isə keçmiş hərbiçilər arasında böyük narazılığa səbəb olub. Hərbiçilər öz haqlarını tələb etmək üçün tez tez etiraz aksiyaları təşkil edirlər. Pekində yerləşən hərbi komissiya isə Xalq Azadlıq Ordusunun 2,3 milyon hərbçisinə cavabdehdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: