Çin ordusu müharibəyə hazırlaşır
16 Yanvar 2013 Çərşənbə 15:33
Bu ölkə Yaponiya ilə münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib.
Çin Silahlı Qüvvələrinə 2013-cü ildə döyüş hazırlığını yüksəltmək tapşırılıb. Buna səbəb Yaponiya ilə münasibətlərin gərginləşməsi və Şərqi-Çin dənizində adaların kimə mənsub olması haqda mübahisələrin yaranması olub.
Məlumatı Kommunist partiyasının People's Daily qəzeti yayıb. Qəzet isə xəbəri Çinin Milli Ordusuna istinadən yazıb.
Xəbərdə deyilir ki, Silahlı qüvvələr hazırlığa gətirilməli və döyüşdə qələbə çalmalıdırlar: "Qüvvələrin bütün növləri real müharibəyə hazır olmalıdır".
DOSTLARINLA PAYLAŞ: