Çin Krımla bağlı BMT-də rusları dəstəkləmədi
15 Mart 2014 Şənbə 20:09
Moskva BMT Təhlükəsizlik Şurasının Krımda referendum keçirilməsi ilə bağlı qərarının qəbul edilməsini əngəlləyib.
Öz “veto” hüququndan yararlanan Moskva BMT Təhlükəsizlik Şurasının (TŞ) Krımda referendum keçirilməsi ilə bağlı qərarının qəbul edilməsini əngəlləyib.
ANS PRESS-in məlumatına görə, adətən BMT Təhlükəsizlik Şurasında müxtəlif məsələlər üzrə səsvermə zamanı Rusiyanın mövqeyini dəstəkləyən Çin bu dəfə səsvermə zamanı bitərəf qalıb.
Qətnamə layihəsi ABŞ tərəfindən bu həftə təklif edilmişdi. Sənəd Krımda keçirilməsi gözlənən referendumu qanunsuz saymağı nəzərdə tuturdu. Qətnamədə həm də bütün ölkələr referendumun nəticələrini tanımamağa çağırılırdı.
BMT TŞ-in qalan 13 üzvü yekdilliklə qətnamənin qəbul edilməsinin lehinə səs veriblər.
DOSTLARINLA PAYLAŞ: