Çin - Kibercasuslar ölkəsi
19 May 2014 Bazar Ertəsi 23:27
ABŞ Ədliyyə Nazirliyi kibercasusluğa görə Çin hərbçilərinə qarşı cinayət işi qaldırmaq niyyətindədir.
ANS PRESS-in məlumatına görə, qurum bildirir ki, Çinin müdafiə nazirliyinin əməkdaşları özəl şirkətlərin kompüter şəbəkəsini sındırıblar və kommersiya sirri olan məlumatları oğurlayıblar.
Hadisə ilə tanış olan mənbənin məlumatına görə, Amerika hökuməti yaxın zamanlarda bəyanat verməyə hazırlaşır və bu, xarici dövlətin kibercinayətlə günahlandırılması üzrə ilk rəsmi ittiham olacaq.
DOSTLARINLA PAYLAŞ: