Çin hökumətinin dünyanı aldatmasına icazə vermək olmaz
20 İyul 2009 Bazar Ertəsi 11:10
Ümumdünya Uyğur Konqresinin prezidenti BMT-ni qanlı insidentlə bağlı araşdırmalar aparmağa çağırıb

 

Çinin Urumçi şəhərində baş vermiş hadisələrdə səbəb olmaqda ittiham etdiyi, uyğurların anası adlandırılan Ümumdünya Uyğur Konqresinin prezidenti Rabiyə Qədir BMT-ni qanlı insidentin baş verməsi ilə bağlı müstəqil araşdırmalar aparmağa çağırıb. Onun sözlərinə görə, Çindəki üsyanı Pekin özü törədib. "KazTAQ" saytının suallarını cavablandıran R.Qədir 200-ə yaxın uyğurun ölümü ilə nəticələnən hadisələrin uyğurların Çin hökümətindən iyulun 5-də oyuncaq fabrikində baş vermiş hadisələri araşdırması tələbi ilə başlayan dinc aksiyası ilə start götürdüyünü qeyd edib. "O vaxt uyğurlarla xanlar arasında toqquşma olub. Nümayişçilərdən çoxu əllərində Çin bayrağı tutmuşdular. Bu, bir daha aksiyanın dinc xarakterli olduğunu göstərib. Çin höküməti özü etnik konflikt yaradıb".

O, toqquşmalar zamanı ölü sayı ilə bağlı səsləndirilən rəqəmlərində həqiqəti əks etdirmədiyini bildirib. Vaşinqtonda yaşayan qadın Urumçi küçələrinə 10 min uyğurun çıxıdığını, onların yarıdan çoxunun isə geri qayıtmadığını bildirib. "BBC telekanalı növbəti gün ərlərini və oğullarının axtarışına başlayan qadınların aksiyalarını nümayiş etdirdi. Təkcə bir ailədən 5 nəfər yoxa çıxıb". Qədir onların səsiz-sədasız yoxa çıxmasında da Çin hökumətini ittiham edib.

R.Qədir bu faktı araşdırmaq üçün BMT və digər hüququ müdafiə təşkilatlarına müraciət etmək və Pekini bu hadisələrə görə cavab verməyə çağırmaq niyyətində olduğunu vurğulayıb. "Çin hökuməti həqiqəti gizlədir. Onlara dünyanı aldatmağa izacə vermək olmaz. Əgər biz uyğurlar bu gün səsimizi çıxarmasaq, sabah bu hadisələr başqa xalqlarında başına gələ bilər. Biz -uyğurları bütün dünyada dəstəkləyirlər. Etiraz aksiyaları Türkiyə, Belçika, Norveç, Hollandiya, Almaniya, Yaponiya, Səudiyyə Ərəbistanında keçirilib. Mən bilirəm ki, Qazaxıstanda ölən uyğurların xatirəsi anılıb. Qazak, uyğur, özbək, azərbaycanlı, qırğız mədəniyyətləri oxşardırlar. Bizim hamımız türkdilli qruplarıq", deyə o bildirib.

Xatırladaq ki, Rabiyə Qədir 1947-ci ildə Şərqi-Türküstanda (hazırda Sintzyan-Uyğur müxatr rayonu) anadan olub. 1990-cı illərdə sahibkarlıq fəaliyyəti ilə yanaşı o siyasi arenada da geniş yer tutmağa başlayıb. 1999-cu ildə dövlət sirlərini satmaqda ittiham edilərək həbs edilib. 2005-ci ildə azadlığa çıxandan sonra ABŞ-a köçüb və orada biznesini davam etdirib. 2006-cı ildə Ümumdünya uyğur konqresinin prezidenti seçilib. 4 dəfə Nobel mükafatına namizəd göstərilib. /ANS PRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar