«Şimali Koreyanın nüvə silahı yaratması regionda durumu kəskin pisləşdirə bilər». Bu barədə Çin ordusunun baş ştabının rəisi, general-polkovnik Çen Binde bildirib.
O, rusiyalı həmkarı, ordu generalı Nikolay Makarovla Rusiya-Çin hərbi təlimləri çərçivəsində görüşü zamanı Şimali Koreya tərəfindən nüvə sınaqlarının keçiirlməsini və raket buraxılışlarını qınyaıb.
Çen Bindenin sözlərinə görə, Şimali Koreya bu əməlləri ilə ABŞ-a regionun işlərinə müdaxilə etməsinə imkan verəcək. /ANS PRESS/