Çin ərəb ölkələrinə televiziya yayımına başlayıb
25 İyul 2009 Şənbə 22:00
Məqsəd ərəb ölkələrində ölkənin imicinin yaxşılaşdırılmasıdır

 

Çin Xalq Respublikasında Yaxın Şərq və Şimali Afrika ölkələrinə ərəb dilində 24 sutka ərzində yayımlanacaq telekanal fəaliyyətə başlayıb. ANS PRESS-in "BBC"yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin CCTV telekanalı məlumat yayıb.

Kanal bu regionun 22 ölkəsinə xəbərlər, təhsil və əyləncəli proqramlar yayımlayacaq.

Məlumatda bildirilir ki, Çin hökuməti bununla əcnəbi müxbirlərin vasitəçiliyi olmadan ərəb ölkələrində öz imicini yaxşılaşdırmaq niyyətindədir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar