Çin daha bir sahədə dünya lideri oldu
04 Aprel 2012 Çərşənbə 21:26
ABŞ-ı geridə qoyan Asiya dövlətinin ərzaq bazarının ümumi dəyəri 607 milyard funt sterlinqdir.
Çin 2011-ci ilin yekunlarına görə, ərzaq mallarının istehsalı üzrə dünyada birinci yeri tutub. ANS PRESS-in məlumatına görə, Böyük Britaniyanın İGB şirkətinin araşdırması nəticəsində Çinin ərzaq bazarının ümumi dəyəri 607 milyard funt sterlinq məbləğində ölçülüb. Əvvəllər bu göstəricidə dünyanın şəriksiz lideri olan ABŞ-da isə ərzaq bazarı 572 milyard funt sterlinq təşkil edib.
İGB-nin proqnozuna görə, 2015-ci ilədək Çinin ərzaq bazarının dəyəri 918 milyard funt sterlinqə, ABŞ-ınkı isə 657 funt sterlinqə çatacaq. İGB Çin və ABŞ-la birgə ümumilikdə 15 ölkənin göstəricilərini nəzərə alıb. Yaponiya 254 milyard funt sterlinqlə üçüncü, Hindistan isə 244 milyardla dördüncü sırada yer alıb.
Ərzaq istehsalına görə, sonrakı pillələrdə Braziliya (202 milyard), Rusiya (198 milyard) qərarlaşıb. Avropa Birliyinin Fransa, Almaniya, Böyük Britaniya və İtaliya kimi böyük dövlətləri ərzaq istehsalına görə, fərqlənən ölkələr sırasına düşüb. Proqnoza görə, 2015-ci ilədək Böyük Britaniya ərzaq istehsalına görə, qonşularını ötüb keçəcək.
DOSTLARINLA PAYLAŞ: