Çin Aya ilk geri qaytarılan aparat buraxacaq
12 Avqust 2014 Çərşənbə Axşamı 00:15
2020-ci ilədək Çin Ayda insanı oraya çatdırmaq üçün ilk orbital stansiyasını yaratmağı planlaşdırır.
Çin özünün ilk geri qaytarılan orbital aparatını Aya buraxmaq planlarını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, aparatın 2014-cü ilin sonunadək buraxılacağı gözlənilir.
Çinin Müdafiə Elmi, Texnologiyaları və Sənayesi üzrə Dövlət Komitəsi (METSDK) bildirir ki, orbital aparat əsas məqsədi Ayda torpaq nümunələri toplamaqdan ibarət olan Çinin gələcək “Çane-5” missiyasının testləşdirilməsi üçün nəzərdə tutulub.
Çin özünün ilk geri qaytarılan orbital aparatını ölkənin cənub-qərbində Sıçuan əyalətinin eyniadlı qəzasında yerləşən “Siçan” kosmodromundan yola salmağı planlaşdırır. Xəbər verilir ki, zond artıq kosmodroma gətirilib.
“Çane-5” missiyasının Çinin kosmik proqramında ən mürəkkəb missiya olacağı gözlənilir. Missiya zamanı mütəxəssislər Aya enmə və onun səthindən qalxma ilə yanaşı, Yer peykinin orbitində buraxılan zondun və əsas gəminin bir-birinə yaxınlaşması və birləşməsi üzrə bir sıra əməliyyatlar aparmağı planlaşdırırlar.
2020-ci ilədək Çin Ayda insanı oraya çatdırmaq üçün ilk orbital stansiyasını yaratmağı planlaşdırır. 2030-cu ilədək çinlilər Marsa da kosmik gəmi göndərərək Qırmızı planetdən torpaq nümunələri götürmək istəyirlər.
DOSTLARINLA PAYLAŞ: