Çin ABŞ-a qarşı etiraz səsini qaldırıb
19 Fevral 2010 Cümə 04:20
Çin rəsmiləri Dalay Lamanı Tibeti Çindən ayırmaq istəməkdə ittiham edir
Rəsmi Pekin ABŞ prezidenti Barak Obamanın Tibetin ruhani lideri Dalay Lama ilə görüşünü kəskin pisləyib və ölkələr arasındakı ikili münasibətlərin normal qaydaya qaydada olması üçün rəsmi Vaşinqtonu müvafiq addımlar atmağa çağırıb. Çinin xarici işlər naziri verdiyi açıqlamada Obama ilə Dalay Lmanın Ağ evdə keçirdiyi görüşün Çinin bir hissəsi olan Tibetin müstəqilliyinə dəstək mənasına gəldiyini deyib.

Qeyd edək ki, Dalay Lamanı Tibeti Çindən ayırmaq istəməkdə ittiham edən Çin rəsmiləri Pekinlə Vaşinqton münasibətlərinə ziyam vuracağını irəli sürərək ABŞ-ı bu görüçü ləğv etməyə çağırmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar