Çin 2014 hədəflərini açıqladı
05 Mart 2014 Çərşənbə 11:55
Çin Baş naziri Li Keqiang ölkəsinin 2014-cü il üçün hədəflərini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Çin Milli Xalq Məclisinin illik konfransında hökumətin iş hesabatını təqdim edən Li 2014-cü ilin iqtisadi böyümə hədəfini 7,5%, inflyasiyanı 3,5 %, hərbi xərcləri isə 12,2 % artımla 132 milyard dollar olaraq açıqlayıb.

Paytaxt Pekindəki Böyük Xalq Yığıncaq Sarayıda bu gün başlayan iclasa Çin prezidenti Xi Jinping, Baş nazir Li Keqiang ilə Zhang Dejiang və digər yüksək vəzifəli liderlər və 2 min 932 məclis üzvü qatılıb.

Baş nazir Li bu il 10 milyon məşğulluq yaratmaq, şəhərlərdəki işsizlik nisbətini 4,6 %-də saxlamaq niyyətində olduqlarını söyləyib. Li iqtisadi, mədəniyyət, səhiyyə, təhsil, ətraf mühit kimi sahələrdə islahatların davam etdirilməsi hədəflərini ortaya qoyub. Baş nazir həmçinin çirkliliyə qarşı döyüş açdıqlarını və enerji sıxlığını 3,9 % azaldacaqlarını bildirib.

Yığıncağa qatılan azlıq nümayəndələrin hər il olduğu kimi öz milli və mədəni paltarlarını geyərək yığıncağa gəlməsi rəngli görüntülərə səbəb olub.

13 Martda bitəcək yığıncaqda Yüksək Xalq Məhkəməsi və Ali Prokurorluq iş hesabatlarının araşdırılıb təsdiqlənməsi gözlənilir. Yığıncağın sonunda hər il olduğu kimi Baş nazir, yerli və xarici mətbuatın qarşısına çıxacaq və sualları cavablandıracaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar