Çimərlik paltarında tanrıçanın şəkli hindliləri əsəbləşdirdi
11 May 2011 Çərşənbə 05:37
“Lakshmi”nin alt paltarında nümayişinə əsəbləşən hindlilər etiraz aksiyası keçiriblər
Avstraliyalı dəb ustasının hazırladığı və daha sonra nümayiş etdirdiyi çimərlik geyimi Hindistanda qalmaqala səbəb olub. Qalmaqalın səbəbi isə, Avstraliyada keçirilən “Rosemount” moda həftəsində nümayiş olunan “Lisa Blue” marka çimərlik geyimlərinin üstündə olan hind tanrıçası “Lakshmi”nin şəklləri olub. Bolluq, bərəkət və rifah tanrıçası olduğuna inanılan “Lakshmi”nin alt paltarında nümayişinə əsəbləşən hindlilər etiraz aksiyası keçiriblər. Aksiyada Avstraliyanın dövlət bayrağı yandırılıb. “Lisa Blue” isə hindlilərdən üzr istəyərək bu geyimləri satışa çıxarmayacaqlarını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar