Çılpaq gəlinlər VVAQ qarşısında
03 Mart 2011 Cümə Axşamı 11:11
Ukraynalı qadınlar yenə küçələrə çıxıblar
Ukraynada yarıçılpaq vəziyyətdə etiraz aksiyaları keçirməklə məşhur olan FEMEN təşkilatının üzvləri yenə küçələrə çıxıblar. Bu dəfə ukraynalı qadınlar Yeni Zellandiyada keçirilən müsabiqəyə etiraz ediblər.

9 yarıçılpaq ukraynalı qadın şiddətli soyuğa, şaxtaya baxmayaraq paytaxt Kiyevdəki mərkəzi VVAQ-ın (Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı) qarşısına toplaşıblar. Başlarında fata, bədənlərinin bir qismində gəlinliyi xatırladan paltarın hissələri olan qadınlar “Ukrayna fahişəxana deyil”, “Papuas üçün arvad” (papuas yeni Qvineyanın və Melineziya adalarının yerli əhalisi),”Cəhənnəmə xoş gəldin!” şüarları yazılan plakatlar tutublar. Təşkilatın sədri ukraynalı qadınların əşya olmadığını bildirib.

Qeyd edək ki, “Arvad qazan” adlı müsabiqə Yeni Zellandiyada “Rock FM” radiostansiyasında keçirilib. Müsabiqənin qalibinə Ukraynaya 12 günlük səyahət verilib. O, tanışlıq saytlarından birindən özünün xoşuna gələn ukraynalı qızlardan birini seçməli idi.

Müsabiqə ölkənin özündə də böyük mübahisələrə səbəb olub. Ancaq radiostansiya bunu yalnız əyləncə məqsədilə etdiyini açıqlamışdı.

FEMEN müsabiqənin “xoşbəxt” zellandiyalı qalibini Ukraynada “bədbəxt” sonun gözləməsi barədə xəbardarlıq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar