Çilidəki şaxtaçılara xüsusi eynəklər göndərilib
08 Oktyabr 2010 Cümə 06:45
Hər biri 450 dollar olan bu eynəklər gözləri ultrabənövşəyi şüalardan qoruyaraq onları mərhələli şəkildə işığa alışdırır.
Çilidə avqustun 5-dən bəri qəzaya uğraçış mədəndə qalan 33 şaxtaçıya xüsusi eynəklər göndərilib. Buna səbəb şaxtaçılar gün işığına çıxdığı zaman gözlərində yaranacaq hər hansı bir problemin qarşısını almaqdır. Axtarış və xilasetmə işlərinin rəsmisi Alejandro Pino bu eynəklərin uzun müddət qaranlıqda qalan insanların gözlərini ultrabənövşəyi şüalardan qoruyaraq mərhələli şəkildə işığa alışdırdığını bildirib. Pino hər biri 450 dollar olan bu eynəklərlə birbaşa günəşə baxmağın mümkün olduğunu vurğulayıb.

Qrupun rəhbəri Andres Sougarret isə ötən gün verdiyi açıqlamada qazma cihazının 519 metr dərinliyə endiyini, şaxtaçılara çatmağa sadəcə 110 metr qaldığını demişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar