Çilidə zəlzələ qurbanlarının sayı 214 nəfərə çatdı
28 Fevral 2010 Bazar 03:00
Ölkə ərazisində 1,5 milyondan artıq ev dağılıb
Çilidə ötən gün baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 214 nəfərə çatıb. Məlumatı “Reuters” agetnliyi yeni hakmiyyət orqanlarına istinadən yayıb. Bir neçə saat əvələdək zəlzələ qurbanlarının sayının 147 nəfər olduğu bildirilirdi.
Çilinin daxili işlər naziri bildirib ki, fəlakətin miqyası çox böyükdür və tələfatın sayı barədə dəqiq nəsə demək çətindir.
Xatırladaq ki, ötən gün yerli vaxtla saat 03.34-də (Bakı vaxtı ilə 10.34) Konsepsion şəhərindən 115 kilometr aralıda, 55 kilometr dərinlikdə 8,8 baol gücündə zəlzələ baş verib. Şahidlərin sözlərinə görə, yeraltı təkanların episentrindən 340 kilometrlikdə yerləşən paytaxt Santyaqoda da evlər silkələni. Yeraltı təkanlar 10-30 saniyə davam edib. Paytaxtı bəzi rayonlarında elektrik enerjisi kəsilib, əhali vahisə içərisində küçələrə axışıb.
Ümumilikdə zəlzələ nəticəsində Çilidə 1,5 milyondan artıq ev dağılıb. Hakimiyyət orqanlarının məlumatına görə, onlardan 500 mini daha ciddi zərər görüb və artıq yaşayış mümkün deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: