Çilidə zəlzələ olub
10 Yanvar 2011 Bazar Ertəsi 11:55
Çilidə zəlzələ olub. Yeraltı təkanlar 5,9 bal gücündə olub.
Cənubi Amerikada yerləşən Çilidə zəlzələ baş verib. Yeraltı təkanların gücü 5,9 bal olub. Amerika Geologi Araşdırmalar Mərkəzi təkanların episentrinin Konseption şəhərindən 129 km şimal qərbdə olduğunu bildirib. Hələlik, təbii fəlakət nəticəsində tələfat və dağıntının olub-olmadığı bilinmir.
Xatırladaq ki, Çilidə ötən il fevralın 27-də baş verən zəlzələ və sunami nəticəsində 521 nəfər ölüb, 56 nəfər isə itkin düşmüşdü. Ötən il qeydə alınan zəlzələ ölkəyə 30 milyard dollar ziyan vurmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: