Çilidə zəlzələ 78 nəfərin həyatına son qoyub
27 Fevral 2010 Şənbə 19:10
Ölkədə sunami xəbərdarlığı edilib
Cənubi Amerikada yerləşən Çilidə baş vermiş 8,8 ballıq zəlzələ nəticəsində ilkin olaraq 78 nəfərin ölməsi barədə xəbər yayılıb. Baş vermiş bu təbii fəlakətdən sonra isə insanlar daha bir təhlükə ilə üz-üzə qalıb. Sakit okeanın Çilidən Peruya qədər olan sahillərində sunami təhlükəsi yaranıb. Bu barədə sahilboyu ərazilərə xəbərdarlıq edilib.
Paytaxt Santiaqoda 1,5 dəqiqə davam edən yeraltı təkanlar çox böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra paytaxtdakı hava limanı da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Əhalisinin sayı 250 min nəfər olan Konsepcion şəhəri də zəlzələdən ciddi ziyan çəkib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: