Çilidə yerin altında qalan mədənçilərdən biri futbolçu imiş
14 Oktyabr 2010 Cümə Axşamı 12:15
Franklin Lobos artıq xilas edilib.
Çilinin Kopyapo mədənindən xilas edilən 33 mədənçinin arasında sabiq futbolçu da var. Çilinin Olimpiya yığmasının sabiq üzvü Franklin Lobos 1995-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra mədəndə yük maşını sürücüsü işləyirmiş.
O, mədəndə baş verən qəza nəticəsində yerin altında qalan 33 mədənçidən biri olub. Sabiq futbolçu mədəndən xilas edilən 27-ci şəxs olub.
Xatırladaq ki, Franklin Lobos futbolçu karyerasına 1980-ci ildə Çilinin “Atakama” klubunda başlayıb. 1995-ci ildə bu klubda da karyerasını bitirən futbolçu əvvəlcə taksi sürücüsü, sonradan isə yük maşını sürücüsü kimi çalışıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: